RU

Abşeron Rayon Mərkəzi Xəstəxanasında 8 Mart münasibətilə şəhid, qazi və veteran ailələri təbrik edilib

Abşeron Rayon Mərkəzi Xəstəxanasında 8 Mart münasibətilə şəhid, qazi və veteran ailələri təbrik edilib.

Abşeron Rayon Mərkəzi Xəstəxanasının təşəbbüsü və Abşeron Rayon Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Şurasının dəstəyi ilə 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə xəstəxanada çalışan şəhid, qazi və veteran ailələri ilə görüş keçirilib.

Tədbirdə çıxış edən Səkinə Sadıxova Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərə rəhmət diləyib, sağlamlığını itirən qazilər və müharibə veteranlarına cansağlığı arzulayıb. O, tədbirdə iştirak edən xanımların simasında bütün Azərbaycan qadınlarını bayram münasibətilə təbrik edərək onlara xoşbəxtlik arzulayıb.

Son Yazılar:

Elvin Məmmədzadə də çıxışında xanımları bayram münasibətilə təbrik edərək onların hər zaman ailənin və cəmiyyətin baş tacı olduğunu vurğulayıb.

Şəhid ailəsi nümayəndəsi Xatirə İsmayılova Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyevin və Səkinə Sadıxovanın şəhid ailələrinə və qazilərə göstərdiyi xüsusi diqqəti yüksək qiymətləndirib. O, 8 Mart münasibətilə təşkil edilən bu görüşün də həmin qayğının bir nümunəsi olduğunu bildirib və təşəkkür edib.

Görüşün sonunda iştirakçılara hədiyyələr təqdim olunub və xatirə şəkilləri çəkilib.

Избранный
11
viral.az

1Источники