RU

İran lideri Trampın məktubuna sərt cavab verib

İranın ali dini lideri Əli Xamneyi ABŞ prezidenti Donald Trampın müraciətinə cavab verib.

SİA-nın məlumatına görə, onun sözlərini İranın “Iran Insight” nəşri yazıb.

Xamneyi Ağ Evin yeni işğalçısını öz maraqlarını təlqin etdiyinə görə qınayıb və dövlət başçısının administrasiyası ilə danışıqlar təklifini qəbul etməkdən imtina edib.

...İran yalnız öz maraqlarını düşünənlərlə danışıqlar aparmayacaq. Bu təklif sülh naminə deyil, öz ağalığını bərqərar etmək xatirinədir. İran, şübhəsiz ki, belə tələbləri qəbul etmir, - deyə o qeyd edib.

Donald Tramp məktubunda Xamneyini İranın nüvə silahı hazırlamasının qarşısını almaq üçün danışıqlara başlamağa çağırıb və diplomatiyanı müharibədən üstün tutduğunu qeyd edib.

Bundan əvvəl məlum olub ki, ABŞ prezidenti İranla müqavilə bağlamaq və ölkələr arasında fikir ayrılıqlarına son qoymaq istəyini bəyan edib.

Nazlı Almuradova

Избранный
7
sia.az

1Источники