RU

Gürcüstanda etirazların 100-cü günü nələr baş verdi?..-FOTOLAR

Dünən - martın 7-də Tbilisidə və Gürcüstanın digər şəhərlərində ölkədə hökumət əleyhinə etirazların başlamasının 100-cü günü münasibətilə yürüşlər və mitinqlər keçirilib Moderator.az "Newsgeorgia" və "SOVA" nəşlərinə istinadla xəbər verir. Dünənki etirazın şüarı “Sona qədər”dir. Artıq üç aydır ki, nümayişçilərin əsas tələbi dəyişməz qalır: növbədənkənar parlament seçkiləri. Onlar həmçinin davam edən etirazlar fonunda cinayət işi açılan əlliyə yaxın həmfikirlərinin azadlığa buraxılmasını tələb ediblər. Tbilisidə vətəndaşlar müxtəlif şüarlarla müxtəlif yerlərdə toplaşıblar. Cavaxişvili adına Tbilisi Dövlət Universitetinin birinci korpusuna tələbələr və müəllimləri “Gürcüstanın təhsili təhlükədə olduğunu” bəyan etməyə gəliblər.  İctimai Yayım kanalı qarşısında yüzlərlə insan “Vicdan məhbuslarına azadlıq” şüarı altında etiraz aksiyası keçirib. Digər toplanma yeri Respublika meydanı olub.Etirazçılar Gürcüstan parlamentinə yürüşlər keçiriblər. Tbilisidə keçirilən aksiya əvvəlcədən sosial şəbəkələrdə elan edilib. Günortadan sonra polis qüvvələri şəhərin mərkəzində səfərbər olmağa başlayıb. Dünən Tbilisi ilə yanaşı, Zuqdidi, Batumi, Kutaisi və Telavi, Qori, Axalsixi, Çxorotsku, Axmeta  və s. şəhərlərində də etirazın 100-cü günü qeyd olunub.

Избранный
8
turanpress.com

1Источники