ABŞ-da müzakirə mövzusu olan məsələlərdən biri də ABŞ prezidenti Donald Trampın məsləhətçisi olan Elon Muskın səlahiyyətləri idi. Donald Trampdan yeni addım gəldi. Tramp Elon Muskın səlahiyyətlərini məhdudlaşdırır. SİA Haber Global-a istinadən xəbər verir ki, texnologiyaya milyarderi Elon Muskın Tramp Administrasiyasında məsləhətçi rolunun miqyası hələ də məlum deyil.
Bu məsələdə narahatlıq federal qurumlarda, hətta Trampın partiyasında da artsa da, kritik bir inkişaf baş verib. ABŞ prezidenti Donald Tramp qarşıdurmanın mərkəzində Muskın səlahiyyətlərini məhdudlaşdırıb. Bu barədə qərar Muskın da iştirak etdiyi 2-ci Nazirlər iclasında qəbul edilib.
Müəllif: Xeyrənsə Piriyeva