BAKI,TurkicWorld
Rusiya ordusu Ukraynanın Dobropillya şəhərinə raket, pilotsuz uçuş aparatları (PUA) və ballistik raketlərlə hücum edib.
TurkicWorld xəbər verir ki, hücum nəticəsində səkkizmərtəbəli yaşayış binası ciddi ziyan görüb, ən azı 11 nəfər həlak olub, 30-dan çox insan yaralanıb.
Hücumdan sonra yanğınsöndürənlər iki binada baş verən yanğını söndürməyə çalışarkən, Rusiya qüvvələri yenidən hücum edərək bir yanğınsöndürmə maşınına da zərər verib.
Ukrayna Prezidenti Volodimir Zelenski bu barədə Facebook-da paylaşım edib.
"Bu hücumlar Rusiyanın məqsədlərinin dəyişmədiyini göstərir. Bu səbəbdən də həyatları qorumaq üçün hava hücumundan müdafiəmizi gücləndirmək və Rusiyaya qarşı sanksiyaları artırmaq vacibdir", – deyə o bildirib