RU

Futzal millimizin Afinaya gedəcək yekun heyəti açıqlandı

Azərbaycanın futzal millisinin AVRO-2026-nın əsas mərhələsində Yunanıstanla oyun üçün Afinaya aparılacaq yekun heyəti açıqlanıb.

İdmanxeber.az Futzal Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, hazırlığın Bakı mərhələsini bitirən baş məşqçi Vitali Borisov səfərə 14 futzalçı ilə yollanacaq.

Komanda bu gecə Bakı-İstanbul-Afina reysi ilə matçın keçiriləcəyi ölkəyə yola düşəcək.

Qeyd edək ki, Yunanıstan – Azərbaycan görüşü martın 11-də Afinada baş tutacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.

Избранный
16
1
idmanxeber.az

2Источники