RU

Rusiya alverçidir, bizi satacaq - KEÇMİŞ SƏFİR 

Rusiya hələ də Ukrayna məsələsini həll edə bilmir və hazırda Amerikadan asılıdır. Buna baxmayaraq, Rusiya İrana təklif edir ki, nüvə məsələsində ABŞ-la danışıqlara kömək edə bilər. Məncə, Rusiyadan kömək gözləmək əbəsdir.


Aydın məsələdir ki, ruslar hər zaman İrandan kart kimi istifadə ediblər və Tehranın maraqlarının əleyhinə çıxıblar. İran bu ölkəni özünə vasitəçi kimi seçsə, bu, başlı-başına bir məğlubiyyət olar. Rusiya keçmişdə də göstərib ki, o yalnız yaxşı alverçidir və İran üzərindən alver edir.


Hər dəfə sözdə Tehranla əməkdaşlığı vurğulasa da, arxa fonda Vaşinqtonla ortaq maraqlara xidmət edir. Xoşbəxtlikdən, hazırkı situasiyada Rusiyanın mövqeyi əvvəlki qədər güclü deyil. Rusiya artıq əvvəlki Rusiya deyil və onun zəifləməsi ümumiyyətlə bütün xalqların xeyrinədir.


Referans.az xəbər verir ki, bu sözləri Axar.az- a  açıqlamasında İranın Azərbaycandakı keçmiş səfiri Əfşar Süleymani Rusiyanın nüvə danışıqları məsələsində ABŞ və İran arasında vasitəçilik edə biləcəyi haqda informasiyaları şərh edərkən deyib.



“Əgər Ukrayna məsələsində Moskva və Vaşinqton ortaq məxrəcə gələrsə, ruslar İranı xərcləyəcək. Hər halda, İran Amerika və Rusiya arasında danışıqlar məsələsində xeyir qazanan tərəf olmayacaq. Buna baxmayaraq, hazırda İran üçün fürsət yaranıb, çünki Ukrayna məsələsi ön plandadır. Buna görə də Tramp “bu müharibəni bitirən mən oldum” demək üçün ilk növbədə bu məsələni bir an əvvəl həll etmək istəyəcək. İran məsələsi isə hələlik ikinci plandadır. Digər tərəfdən bu, həm də kritik bir vəziyyətdir”, - Süleymani bildirib.



Onun sözlərinə görə, təxminən növbəti 3-4 ay ərzində MAQATE-da keçiriləcək iclasda İranla bağlı məsələ konkretləşəcək: “Əgər İranla MAQATE məsələlərini həll edə bilməsələr, artıq Hakimlər Şurası İranın əleyhinə ciddi bir qətnamə verə bilər. 2025-ci ilin oktyabr ayında Təhlükəsizlik Şurasının 2231 nömrəli qətnaməsinin vaxtı bitəcək və qərar verilmədən əvvəl İran bu qurumla razılığa gəlməlidir. Əks təqdirdə, Avropa ölkələrindən biri - İngiltərə, Almaniya və ya Fransa sanksiyaları avtomatik olaraq bərpa edə bilər.


Həmçinin bu sazişdə BMT-nin 7-ci fəslindəki “dünyada sülhün və təhlükəsizliyin qorunması” məsələsi və buna qarşı olan ölkələrə müharibə ilə cavab vermək hüququ və s. kimi məsələlər də qaldırla bilər. İran ABŞ-la danışmasa belə, ən azından MAQATE ilə məsələləri həll etməlidir ki, müsbət bir raport verilsin və vəziyyət nisbətən yumşalsın.



Düzdür, əlbəttə, İranla Qərbin və xüsusən də ABŞ-ın arasında həll olunmayan digər məsələlər də var, məsələn, region və raketlər məsələsi və s. Amma məncə, İran region məsələsində artıq gecikib və əlindəki kartları itirib. Hazırda İranın əlindəki tək kart uranı zənginləşdirmək və atom silahı əldə etməkdir, lakin bu belə İranın problemini həll etməyəcək”.



Избранный
20
2
referans.az

3Источники