RU

“İsrail İrana hücum edərsə, Tehran Bakını vura bilər”- Yəhudi nəşrindən iddia

İsrail mediası qəribə, həm də maraqlı iddia ilə çıxış edib. Tribunainfo.az xəbər verir ki, söhbət “İsrail Hayom” qəzetinin son paylaşdığı məqalədən gedir.

Yəhudi nəşri qeyd edib ki, İsrail ABŞ-la birlikdə İrana hücum etmək niyyətindədir. Nəşr vurğulayıb ki, bəzi generallar İranın nüvə obyektlərini sıradan çıxarmaq üçün 8 saat vaxt lazım olduğunu bildiriblər. “Amma bu heç də real deyil. Çünki 8 saat kifayət qədər az vaxtdır”.

Məsələnin qəribə və maraqlı tərəfi odur ki, “İsrail Hayom” bu hücumdan Azərbaycanın da zərər görə biləcəyini düşünür. “İsrailin İranın nüvə obyektlərinə hərtərəfli hücumu Amerikanın əməkdaşlığı və geniş regional hazırlıq tələb edir və belə bir hücum halında İran Azərbaycanı hədəfə ala bilər”.

Qeyd edək ki, bu versiya nəzəri olaraq mümkündür. Lakin praktiki olaraq real deyil. Hərçənd İran Azərbaycanda İsrailin hərbi bazasının olmasını iddia edir. Bu iddianın yalan olması isə zaman içində dəfələrlə təsdiqlənib. Amma İran Azərbaycana raket zərbəsi endirmək üçün ciddi əsasa malik olmalıdır. Əgər Israil İrana qarşı hərbi əməliyyatı Azərbaycan üzərindən həyata keçirməyəcəksə, (rəsmi Bakı dəfələrlə bəyan edib ki, İrana qarşı aksiyalarda iştirak etməyəcək və ərazilərimizdən istifadəyə də icazə verməyəcək-red.) o zaman belə bir riks də olmayacaq.

Bir sözlə, İsrail qəzetinin iddiası ehtimal olunan olsa da, real deyil.

Избранный
16
tribunainfo.az

1Источники