RU

"Çelsi" 2024-cü il Avropa tarixində ən bahalı komanda olub

2024-cü ilin maliyyə hesablarına görə, "Çelsi" komandası Avropada transfer xərcləri baxımından toplanmış ən bahalı yığma olub. SİA CNN-ə istinadən xəbər verir ki, "Avropa Klublarının Maliyyə və İnvestisiya Landşaftı" hesabatında "Çelsi"nin ümumi transfer xərclərinə 1,656 milyard avro (1,79 milyard dollar) xərclədiyi bildirilib.

Bu 2023-cü ildə "Mançester Yunayted"in komandasının dəyərini rahatlıqla üstələyib. Yığmaya 1,42 milyard avro xərclənib. "Real Madrid"in xərclədiyi 1,33 milyard avro isə 2020-ci ildə ən yüksək dəstə xərci olub.

Qeyd edək ki, "Çelsi" 2022-ci ildə "Todd Boehly" və "Clearlake Capital" klubu aldıqdan sonra 41 futbolçuya imza atıb. Lakin Qərbi London klubunun böyük məbləğdə pul köçürmələri meydanda əhəmiyyətli uğura çevirməyib. Belə ki, "Çelsi" ötən mövsüm Premyer Liqada altıncı yeri tutub və hazırsa beşinci pillədə qərarlaşıb.

Müəllif: Xeyrənsə Piriyeva
Избранный
3
sia.az

1Источники