RU

“Bayramlarda səhnəyə çıxıram ki, analara örnək olum”

“8 mart elə bir gündür ki, bütün qadınlara həsr olunub. Kədərli, qəmli, ovqatı yaxşı olmayan xanım belə bu gün gözəl olmalıdır. Günəş kimi parlamalıdır”.   Manset.az Olay.az-a istinadən xəbər verir ki, bu sözləri Xalq artisti Nazpəri Dostəliyeva qonaq olduğu “7 Tamam” verilişində deyib.  Sənətçi qadınları kədər və güssədən uzaq olmağa çağırıb:

“Arzu edirəm ki, təkcə 8 Martda deyil, qadınlarımız həqiqətən xanım olsunlar. Çox gözəl nəvaziş görsünlər, bütün ətrafından, doğmalarından. Xanımlar qadın xoşbəxtliyi ilə həyat yaşasınlar. Bu mənim içimdə ən böyük arzudur. Mən bütün analara, xüsusən də şəhid analarımıza deyirəm, bayramlarda səhnəyə çıxıram ki, sizə örnək olum. Bütün kədəri, qüssəni bir kənara buraxın. O kədərdən, ağrıdan uzaqlaşın. Bayramınızı təbrik edirəm, əllərinizdən öpürəm”.

Избранный
70
2
manset.az

3Источники