RU

Dünyanın ən böyük raketi havada partladı

Dünən axşam Texasdan qalxan "SpaceX" raketi qısa müddət sonra havada partlayıb. SİA BBC-yə istinadən xəbər verir ki, "SpaceX" təsdiq etdi ki, ekipajsız gəmi kosmosa qalxdığı zaman "sürətli vaxtsız disassembly"dən əziyyət çəkib və yerlə əlaqəsini itirib.

İndiyə qədər yaradılmış ən böyük raket olan nəhəng "SpaceX" Starship, işə salınmasından qısa müddət sonra nəzarətdən çıxıb. Heç bir xəsarət və zərər haqqında məlumat verilməsə də, Karib dənizi adası dövlətlərində yaşayanların görüntülərində göydən yağan alovlu qırıntılar görünür.

Qeyd edək ki, bu raketi sınaqdan keçirmək üçün səkkizinci missiya idi və onun ardıcıl ikinci uğursuzluğu idi.

Müəllif: Xeyrənsə Piriyeva
Избранный
21
sia.az

1Источники