RU

Kolleksiyasını 600 milyona satdı

"Formula 1”-in keçmiş prezidenti Berni Ekklstoun 500 milyon funt sterlinq (təxminən 600 milyon avro) dəyərində olan tarixi yarış avtomobilləri kolleksiyasını “Red Bull”un həmsahibi Mark Mateschitzə satıb. SİA xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb. Ekklstounun kolleksiyasına Formula 1 çempionları Niki Lauda, ​​Maykl Şumaxer, Alberto Askari və Mayk Hauthorn tərəfindən idarə olunan “Ferrari”lər və başqa idman avtomobilləri daxildir. Oktyabrın 28-də 94 yaşı tamam olan Ekklstoun kolleksiyanı satmağı fikirləşdiyini bildirib. O, öldükdən sonra avtomobillərin taleyinin necə olacağını bilmədiyini söyləyib. Sövdələşmənin məbləği rəsmi olaraq açıqlanmayıb.

Избранный
8
sia.az

1Источники