RU

Tovuzda restoranda yanğın - VİDEO

Tovuz rayonu, Abulbəyli kəndində restoranda yanğın hadisəsi baş verib. 

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. 

Bildirilib ki, quruma daxil olan məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Tovuz rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri dərhal əraziyə cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində vətəndaşa məxsus ikimərtəbəli restoranda baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində ümumi sahəsi 946kv.m. olan restoranın dam örtüyü 30 kv.m. sahədə, 1 ədəd monitor və 1-ci mərtəbədə taxtadan ibarət arakəsmə 100kv.m. sahədə yanıb.

Restoranın böyük hissəsi yanğından mühafizə olunub.

Избранный
28
7
bakivaxti.az

9Источники