RU

Quima “Zirə”də - Rəsmi

Futbol üzrə Mozambik yığmasının üzvü, “Quima” ləqəbli Rikardo Martins Gimaraynş bundan sonra “Zirə”nin uğurları üçün çalışacaq.

Arena.az bu barədə qəsəbə təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir.

Azad agent statusuna malik futbolçu yeni klubu ilə 2027-ci ilin yayına qədər müqavilə imzalayıb.

Rikardo Martins Gimaraynş Portuqaliyada dünyaya göz açıb. O, peşəkar karyerası ərzində Portuqaliyanın “Oliveyrense”, “Sportinq” (B), “Akademika”, “Şaveş”, Polşanın LKS (Lodz) və Türkiyənin “İğdır” klublarında çıxış edib.

Quima 2023-cü ilin sentyabr ayından Mozambik millisində oynamağa başlayıb. O, bu komandanın heyətində meydana çıxdığı 14 oyunda 2 qol vurub, 1 məhsuldar ötürmə müəllifi olub.

“Transfermarkt” internet-portalı 29 yaşlı dayaq yarımmüdafiəçisinin transfer dəyərini 550 min avro məbləğində qiymətləndirir.

Избранный
40
arena.az

1Источники