RU

Futbolçularının maaşlarına ən çox xərc çəkmiş klub bəlli oldu

Geridə qalmış 2023/2024-cü illər mövsümündə futbolçularının maaşlarına ən çox xərc çəkmiş klubların onluğu açıqlanıb.

Arena.az məlumat verir ki, müvafiq hesabatı UEFA təqdim edib.

Siyanın zirvəsində Fransa nəhəngi PSJ yer alıb. Parislilər futbolçularına ümumikdə 658 milyon avro məbləğində əməkhaqqı ödəyiblər.

İkinci “bədxərc” cari mövsümdə oyun böhranı ilə üzləşib uğursuzluğa düçar olmuş “Mançester Siti”dir. “Şəhərlilər” ərəb pullarından 554 milyon avro məbləğində vəsaiti oyunçularının maaşlarına sərf ediblər.

İspaniya nəhəngi Madrid “Real”ı isə “qaymaqlılar”ın ulduzlarını saxlamağa 505 milyon avro məbləğində pul tökməklə, ilk üçlüyü qapayıb.

Müvafiq onluğu təqdim edirik:

  1. PSJ – 658 milyon avro;
  2. “Mançester Siti” – 554 milyon avro;
  3. “Real” – 505 milyon avro;
  4. “Barselona” – 476 milyon avro;
  5. “Liverpul” – 449 milyon avro;
  6. “Bayern” – 430 milyon avro;
  7. “Mançester Yunayted” – 429 milyon avro;
  8. “Çelsi” – 395 milyon avro;
  9. “Arsenal” – 381 milyon avro;
  10. “Aston Villa” – 292 milyon avro.
Избранный
116
26
arena.az

10Источники