RU

Almaniyadakı seçkilərin qalibləri miqrasiya siyasətini sərtləşdirmək barədə razılığa gəliblər

Xristian-Demokratik İttifaqı (XDİ) və Xristian-Sosial İttifaqı (XSİ) blokları ilə Almaniya Sosial-Demokrat Partiyası (ASDP) ölkənin miqrasiya siyasətini sərtləşdirmək barədə razılığa gəliblər.

Korrespondent.az xəbər verir ki, bu barədə XDİ sədri Fridrix Merts “Phoenix” yutub kanalında yayımlanmış mətbuat konfransında açıqlama verib.

Onun sözlərinə görə, tərəfdaşlar qanunsuz miqrasiya ilə mübarizə aparmaq üçün hüquqi alətləri genişləndirməyi, həmçinin sərhəd nəzarətini gücləndirməyi planlaşdırırlar. Bundan başqa, XDİ/XSİ Əfqanıstan da daxil olmaqla, qaçqınların könüllü qəbulu proqramlarını dayandırmaq və polisə geniş səlahiyyətlər vermək niyyətindədir. Bununla yanaşı, bəzi miqrantların ailələrini Almaniyaya gətirməsinə qadağa qoyulacaq.

Mertsin bəyanatı hakim koalisiya qurmaq üçün aparılan danışıqlardan əvvəl keçirilən ilkin məsləhətləşmələrin uğurla yekunlaşmasından sonra səsləndirilib. Məsləhətləşmələrdə Xristian-Sosial İttifaqının rəhbəri Markus Zöder və ASDP liderləri Zaskiya Esken və Lars Klinqbayl iştirak ediblər.

Избранный
3
8
korrespondent.az

10Источники