RU

Futzal: Millimiz Afinaya 14 oyunçu ilə yollanır

Futzal üzrə Azərbaycan millisinin Avropa çempionatının əsas seçmə mərhələsinin Yunanıstanla səfər oyunu üçün yekun heyəti bəlli olub.

Arena.az xəbər verir ki, bu barədə Azərbaycan Futzal Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, martın 11-də Afinada Yunanıstan yığması ilə qarşılaşacaq millimiz səfərə 14 oyunçu ilə yollanacaq. Komandamız hazırlığın Bakı mərhələsini bu gün keçirilən məşqlə yekunlaşdırıb.

Qeyd edək ki, Yunanıstan – Azərbaycan oyunu martın 11-də Afinadakı “Dias Sports Hall”da keçiriləcək. Oyuna saat 21:00-da start veriləcək.

  1. Emin Kürdov – Araz-Naxçıvan
  2. Novruz Kazıxanov – Araz-Naxçıvan
  3. Emil Həsənzadə – Neftçi İK
  4. Xəzər Ağalızadə – Araz-Naxçıvan
  5. Tofiq Mikayılov – Baku Fire
  6. Kənan Manafov – Baku Fire
  7. Oktay Rüstəmli – Baku Fire
  8. Nihad İsmayılov – Baku Fire
  9. Fərid Atakişiyev – Neftçi İK
  10. Ülvi Əliyev – Araz-Naxçıvan
  11. Eldar Zeynalov – Neftçi İK
  12. Nurlan Mehdizadə – Baku Fire
  13. Kamran Hacıyev – Baku Fire
  14. Murad Quluzadə – Baku Fire
Избранный
36
arena.az

1Источники