RU

Rusiyalı bloqqer Türkiyədən narazı qayıdıb..?

...Dünyanı gəzən rusiyalı bloqqer Türkiyəyə səfər edib və onu “dəhşətli ölkə, geri qayıtmaq istəmirəm” ifadəsi ilə təsvir edib.

SİA-nın məlumatına görə, bu barədə o, @bukhintsevv İnstaqram səhifəsində paylaşdığı videoda danışıb.

Videoda İstanbulda balaca uşağın ondan pul almaq üçün nəşrin müəllifinin ayağından tutması əks olunub. Uşaq yalnız istədiyinə nail olandan sonra turisti buraxıb gedib(?). Qəzəblənən rus qeyd edir ki, Türkiyədə istirahət edənləri yalnız “aldatma, hörmətsizlik, alçaldılma və dilənçilik” gözləyə bilər.

O, həmçinin taksi sürücülərindən getməyə razılaşdığından daha çox pul tələb edənlərdən şikayətlənib.

Bundan əvvəl başqa bir rus qadın əri ilə birlikdə İstanbula səfər edib və bu səfərdən məyus olub. Onun sözlərinə görə, Türkiyə əvvəlki kimi deyil: hər şey sürətlə bahalaşır, keyfiyyət və xidmət isə pisləşir.

Nazlı Almuradova

Избранный
23
sia.az

1Источники