RU

Ehtiyatsızlıq 6 yaşlı uşağın ölümünə səbəb oldu VİDEO

Bərdə rayonunda ehtiyatsızlıq 6 yaşlı uşağın ölümü ilə nəticələnib.

Xezerxeber.az-ın məlumatına görə, bədbəxt hadisə rayonun Alaçadırlı kəndində baş verib.

Ocağın yanında nəzarətsiz qalan Nicat Qurbanzadənin üzərinə neft tökülüb və o yanaraq ağır xəsarət alıb.

Azyaşlının atasının sözlərinə görə, uşaq əvvəlcə rayon mərkəzi xəstəxanasına çatdırılub. Vəziyyəti ağır olduğu üçün isə Bakıdakı tibb mərkəzlərindən birinə göndərilib. Azyaşlı paytaxtdakı xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır. 

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Избранный
22
xezerxeber.az

1Источники