Misli Premyer Liqasında XXVI tura start verilib.
Yenisabah.az xəbər veriri ki, turun açılış matçında lider "Qarabağ" turnir cədvəlinin 3-cü pilləsində qərarlaşan "Araz-Naxçıvan"ın qonağı olub.
"Liv Bona Dea Arena"da keçirilən matç Ağdam klubunun qələbəsi ilə yekunlaşıb - 3:1.
Bu nəticədən sonra xallarının sayını 63-ə yüksəldən "Qarabağ" turnir cədvəlinin ilk pilləsində qərarlaşıb. Üçüncü olan "Araz-Naxçıvan"ın isə 46 xalı var.
Qeyd edək ki, turun digər görüşləri martın 9-da və 10-da keçiriləcək.
Telegram kanalımız