RU

XXVI tura start verildi

Misli Premyer Liqasında XXVI tura start verilib.   Manset.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub. “Araz-Naxçıvan” “Qarabağ”ı qəbul edib. “Liv Bona Dea Arena”da keçirilən matç Ağdam klubunun qələbəsi ilə yekunlaşıb - 3:1. “Araz-Naxçıvan”ın heyətində Felipe Santos (35) fərqlənib. “Qarabağ”ın qollarını isə Nəriman Axundzadə (44) və Leandro Andrade (77) və Emmanuel Addai (90+6) rəqib qapısından keçirib. Bu nəticədən sonra xallarının sayını 63-ə yüksəldən “Qarabağ” turnir cədvəlinin ilk pilləsində qərarlaşıb. Üçüncü olan “Araz-Naxçıvan”ın isə 46 xalı var.

Qeyd edək ki, turun digər görüşləri martın 9-da və 10-da keçiriləcək.

Избранный
21
4
manset.az

5Источники