Futbol üzrə Azərbaycan Premyer Liqasında XXVl turun açılış günündə “Araz-Naxçıvan” və “Qarabağ” komandaları üz-üzə gəlib.
Publika.az xəbər verir ki, “Liv Bona Dea Arena”da baş tutan qarşılaşma qonaqların qələbəsilə yekunlaşıb - 1:3.
FIFA referisi Kamal Umudlunun idarə etdiyi görüşdə hesabı meydan sahibləri açıb. Naxçıvan təmsilçisinin braziliyalı yarımmüdafiəçisi Fellipe Santos 35-ci dəqiqədə komandasına qol sevincini yaşadıb. Ağdam klubunun oyunçusu Nəriman Axundzadə 44-cü dəqiqədə hesabı bərabərləşdirib.
"Qarabağ"ın portuqaliyalı oyunçusu Leandro Andrade 77-ci dəqiqədə komandasının ikinci qolunun müəllifi olub. 90+6-cı dəqiqədə isə Emmanuel Addai qonaqların qələbə topunu vurub.