RU

Bakıda mağazaya bıçaqlı hücum - VİDEO

Nizami rayonundakı şərab mağazalarından birində martın 6-sı axşam quldurluq hadisəsi baş verib.

DİN-in Mətbuat xidmətindən FED.az-a verilən məlumata görə, naməlum şəxsin mağazada işləyən 21 yaşlı satıcını kəsici-deşici alətlə hədələyərək içərisində min manat pul olan kassa aparatını talayıb.

Hadisənin görüntüləri anbaan kameralara düşüb.

Polis əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində əməlini törətməkdə şübhəli bilinən 29 yaşlı Xəyal Yusifov saxlanılıb. Faktla bağlı araşdırmalar davam etdirilir.

Избранный
37
5
fed.az

6Источники