RU

"Mançester Yunayted"in hücumçy hədəfi - Mateta

"Mançester Yunayted" "Kristal Pelas"ın hücumçusu Jan-Filipp Mateta ilə maraqlanır.

İdman.biz xəbər verir ki, tərəflər ilkin danışıqlara start veriblər.

27 yaşlı futbolçunun transfer qiyməti 40 milyon funt sterlinq dəyərləndirilir. Matetanın "Kristal Pelas"la 2026-cı ilin yayına kimi müqaviləsi var.

Qeyd edək ki, Jan-Filipp bu mövsümdə 33 oyunda 15 qol və 3 ötürmə ilə yadda qalıb.

İdman.biz

Избранный
14
idman.biz

1Источники