RU

Dağıstan və Çeçenistanda Teleqram bloklanıb - Nazir

Dağıstan və Çeçenistanda Teleqram messencerinin bloklanması məcburi tədbirdir.

 

Sfera.az xəbər verir ki, bu sözləri Dağıstanın rəqəmsal inkişaf naziri Yuri Həmzətov deyib.

 

O bildirib ki, messencerin bloklanması sınaq deyil - hazırda söhbət informasiya təhlükəsizliyindən gedir:

 

“Respublikalarda resursun bloklanması haqqında qərar federal səviyyədə hüquq-mühafizə orqanlarının təqdimatı əsasında qəbul edilib. Qərar 2023-cü il oktyabrın 29-da Mahaçqala hava limanında baş verən iğtişaşlardan sonra verilib. Həmin vaxt Teleqram messencerindən iğtişaşların iştirakçıları istifadə ediblər”.

 

Nazir vurğulayıb ki, gələcəkdə Teleqram blokdan çıxarıla bilər.

Избранный
65
8
sfera.az

10Источники