RU

Premyer Liqa: “Qarabağ” Mərdəkanda əzmkar qələbəyə sevindi

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2024/2025-ci illər mövsümünün 26-cı turuna start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.

Turun açılış oyununda lider “Qarabağ” səfərdə əsas izləyicilərindən biri olan “Araz-Naxçıvan”la qarşılaşıb. Mərdəkandakı “Dalğa Arena”da baş tutan oyunu Kamal Umudlu idarə edib.

Bu, sözügedən komandaların milli çempionatdakı 11-ci görüşü idi. Əvvəlki 10 oyunda “Araz-Naxçıvan” 3, “Qarabağ” 6 qələbə qazanmışdı, qalan bir görüşdə heç-heçə qeydə alınmışdı. “Qarabağ” bu rəqibinə bütün oyunlarda qol vurmuşdu. “Araz-Naxçıvan”ın ev oyunlarında hər iki komanda qol sevinci yaşamışdı.

Elə bu görüşdə də hesabı Naxçıvan təmsilçisi açıb. Amma qalan dəqiqələrdə 3 ardıcıl qol vurmuş Ağdam klubu yekunda inamlı qələbəyə sevinib.

“Qarabağ” hazırda 63 xalla vahid liderdirsə, Naxçıvan təmsilçisi 46 xalla üçüncüdür.

Premyer Liqa
26-cı tur
8 mart

“Araz-Naxçıvan” – “Qarabağ” 1:3
Qollar: Felipe Santos, 35 – Nəriman Axundzadə, 44. Leandro Andrade, 77. Emmanuel Addai, 90+6.
Qırmızı vərəqə: Felipe Santos, 82.
Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Şirmamed Mamedov, Fərid Hacıyev.
VAR: Əliyar Ağayev.
AVAR: Zeynal Zeynalov.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Rüfət Əmirov.
Mərdəkan. “Dalğa Arena”, 19:00.

Araz-Naxçıvan: 12. Kristian Avram, 5. Qara Qarayev, 34. Ürfan Abbasov (k), 3. Bəxtiyar Həsənalızadə, 2. Slavik Alxasov, 17. İssuf Paro, 23. Nuno Rodriqes, 8. Karlos Jatoba, 97. Felipe Santos, 10. Bernardo Dias, 9. Əyyub Allaş.
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 6. Vadim Abdullayev, 7. Ülvi İsgəndərov, 26. Ömər Buludov, 22. Elçin Mustafayev, 20. Turan Vəlizadə, 11. Bayraməli Qurbanov, 71. Sənan Ağalarov, 21. Sezar Meza Kolli.
Baş məşqçi: Elmar Baxşıyev.

Qarabağ: 99. Mateuş Koxalski, 55. Bədavi Hüseynov (k), 13. Bəhlul Mustafazadə, 27. Toral Bayramov, 90. Nəriman Axundzadə, 10. Abdullah Zubir, 7. Yassin Benzya, 8. Marko Yankoviç, 9. Kadi Borges, 2. Mateus Silva, 15. Leandro Andrade.
Ehtiyat oyunçular: 1. Şahrudin Məhəmmədəliyev, 97. Fabian Buntiç, 24. Aleksey İsayev, 44. Elvin Cəfərquliyev, 22. Musa Qurbanlı, 29. Marko Veşoviç, 81. Kevin Medina, 66. Patrik Andrade, 19. Redon Cica, 21. Aleksey Kaşuk, 11. Emmanuel Addai.
Baş məşqçi: Qurban Qurbanov.

Избранный
41
1
arena.az

10Источники