RU

Azərbaycanda vəzifəli şəxs piyadanı vuraraq öldürməkdə şübhəli bilinir

Qaxda "Toyota" markalı minik avtomobili piyadanı vuraraq öldürüb.

"Report"a istinadla xəbər verilir ki, hadisəni törətməkdə Zaqatala şəhər sakini Turan Əsədov şübhəli bilinir.

Qeyd edək ki, təqsirləndirilən şəxs Dövlət Sosial Müdafiə Fondunun Zaqatala Rayon Şöbəsinin müdiri vəzifəsində çalışır.

Sürücü Turan Əsədov rayonun Ləkit kəndi ərazisində piyadanı vurduqdan sonra onu həmin avtomobillə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına çatdırsa da, artıq gec olub.

Mənbə: oxu.az

Избранный
19
5
oxu.az

10Источники