RU

Azərbaycan cüdoçuları Avropa Kubokuna 3 medalla başladı

Türkiyənin Antalya şəhərində yeniyetmələr arasında Avropa Kubokunun ilk günündə Azərbaycanın 3 cüdoçusu medal qazanıb.

Türkiyənin Antalya şəhərində yeniyetmələr arasında Avropa Kubokuna start verilib.

"Operativ Media" xəbər verir ki, yarışın ilk günündə millimiz aktivinə 1 gümüş və 2 bürünc medal yazdırıb.

Qızların mübarizəsində -48 kq çəkidə Könül Eyvazlı gümüş, Leyla Ələkbərova bürünc medalın sahibi olub. Oğlanlar arasında -60 kq çəki dərəcəsində Röyal Qayıbov bürünc medal qazanıb. 

Избранный
35
5
operativmedia.az

8Источники