"Qarabağ" Misli premyer-liqasının 26-cı tur matçında "Araz-Naxçıvan"ın meydanından qalib ayrıldı - 3:1.
"Football-plus.az" xəbər verir ki, "köhlən atlar"ın baş məşqçisi Qurban Qurbanov oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavabladı.
- Futbolçularımı təbrik edirəm. Bizimlə olan azarkeşlərimizə təşəkkür edirəm. Çox vacib üç xal qazandıq.
- Meydanda baş verən mübahisə haqda fikirləriniz necədi?
- Rəqib matçın əvvəlindən aqressiv görünürdü. Sonu belə bitdi. Futbolda kütləvi atışmaların baş verməsi mümkündü. Belə xoşagəlməz hadisənin yaşanmasını istəməzdim. Əl-qol atmaq, lazımsız ifadələr işlətmək yolverilməzdi.
- Yayda transferlərin sayı çox olacaq?
- Ola bilər. Dəqiq say deyə bilmərəm. Bəzən istədiyimiz futbolçuların klubuyla müqaviləsi olur. Hər halda, dəyişikliklər edəcəyik.
- Komanda sayı artacaq. Bu və legioner limitinin ləğvi oyunlara necə təsir edəcək?
- Dəqiq nəsə demək olmur. Amma mütləq fərqli-fərqli oyunların şahidi olacağıq. Ola bilsin ki, çempionat aktiv keçəcək.
- Premyer-liqada oyun sayının 33-ə enməsi "Qarabağ" üçün problem yarada bilərmi?
- İnandırıcı görünmür. Kubok matçları da olacaq. Oyun sayının azlığı problem deyil. Əsas odu ki, keyfiyyəti yüksək olsun. Belədə inkişaf edə bilərik.
KƏNAN BAHADIR
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта