RU

Suriya təhlükəsizlik xidmətləri Hama vilayətində bölmələr yerləşdirir

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Suriya İctimai Təhlükəsizlik Departamentinin bölmələri martın 6-dan bəri silahlı toqquşmaların baş verdiyi Latakiya və Tartus rayonları ilə həmsərhəd olan Hama vilayətinin cənub-qərbində yerləşən Vadi əl-Uyun şəhərində qüvvələrini yerləşdirir.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Suriya keçid hökumətinin Daxili İşlər Nazirliyi "Telegram" kanalında məlumat yayıb.
Nazirliyin məlumatına görə, bölgədə təhlükəsizlik və sabitliyi təmin etmək üçün bir neçə nəzarət-buraxılış məntəqəsi qurulacaq.
Xatırladaq ki, martın 6-da Latakiya, Tartus və Homs vilayətlərində Suriyanın yeni iqtidarına tabe olan təhlükəsizlik qüvvələri ilə keçmiş prezident Bəşər Əsəd tərəfdarlarının silahlı qruplaşmaları arasında toqquşmalar baş verib. Ən şiddətli atışmalar Cəbələ şəhərində qeydə alınıb.
Избранный
35
7
oxu.az

8Источники