Bu gün futbol üzrə İspaniya çempionatında (La Liqa) 2024/2025-ci illər mövsümünün 27-ci turuna start verilib.
Arena.az xəbər verir ki, ilk oyun günündə üç qarşılaşma baş tutub.
Əslində bu gün dörd oyun keçirilməli idi. Lakin onlardan biri baş tutmayıb. Belə ki, bu gün “Osasuna” ilə qarşılaşmalı olan “Barselona”nın matçı təxirə salınıb. Kataloniya klubunun tibb heyətinin üzvü olan Karles Minyarronun vəfatına görə oyun bu gün keçirilməyəcək. Həkimin hansı səbəbdən ölməsi hələ ki, məlum deyil. O, matçdan bir neçə saat öncə komanda üzvləri ilə birgə yemək yedikdən sonra otel otağında istirahətdə olarkən dünyasını dəyişib. Matçın təxirə salınmasını futbolçuların özləri istəyiblər. Oyun bu gün saat 00:00-da baş tutmalı idi.
40 yaşlı Karles Minyarro 2017-ci ildən “Barselona”da çalışırdı. O, bu mövsüm Kataloniya klubunun futzal komandasından əsas futbol komandasına keçmişdi.
Baş tutan oyunlara gəlincə, “Selta” doğma meydanda “Leqanes”ə, “Valensiya” isə “Valyadolid”ə oxşar hesabla (2:1) qalib gəlib. “Alaves” də “Vilyarreal”la ev oyununda tək qolla qələbə qazanıb.
27-ci turun qalan qarşılaşmaları martın 9-da və 10-da keçiriləcək.
İspaniya, La Liqa
27-ci tur
8 mart
Selta – Leqanes 2:1
Qollar: Minqesa, 26. A.Qonsales, 45+1 – Rozye, 19.
Alaves – Vilyarreal 1:0
Qol: M.Sançes, 11.
Valensiya – Valyadolid 2:1
Qollar: D.Lopes, 7. U.Sadiq, 58 – Latasa, 40.
Barselona – Osasuna matçı təxirə salınıb
9 mart
17:00. Xetafe – Atletiko
19:15. Real – Rayo Valyekano
21:30. Atletik – Malyorka
21:30. Betis – Las Palmas
00:00. Real Sosyedad – Sevilya
10 mart
00:00. Espanyol – Jirona