RU

Vatikanda Roma Papasının vəziyyətinin yaxşılaşdığı bildirilib

Fevralın 14-dən pnevmoniya diaqnozu ilə xəstəxanada müalicə alan Roma Papası Fransiskin vəziyyəti bir qədər yaxşılaşıb.

“Report” xəbər verir ki, bu barədə Müqəddəs Taxt-Tacın mətbuat xidməti məlumat yayıb.

“Roma Papasının vəziyyəti stabildir və bu, müalicənin müsbət nəticə verdiyini göstərir. Kiçik bir yaxşılaşmadan danışmaq olar, lakin həkimlər təmkinli yanaşaraq hələ də ehtiyatlı proqnoz verirlər”, – məlumatda qeyd olunub.

Vatikan bazar günü ənənəvi moizənin baş tutmayacağını açıqlayıb. Son üç həftədə olduğu kimi, moizənin mətni Müqəddəs Taxt-Tacın mətbuat xidməti tərəfindən yayılacaq.

Избранный
114
1
report.az

10Источники