RU

Dağıstan və Çeçenistanda Teleqram bloklanıb

Dağıstan və Çeçenistanda Teleqram messencerinin bloklanması məcburi tədbirdir.

"Ölkə.az" xəbər verir ki, bu sözləri Dağıstanın rəqəmsal inkişaf naziri Yuri Həmzətov deyib.

O bildirib ki, messencerin bloklanması sınaq deyil - hazırda söhbət informasiya təhlükəsizliyindən gedir:

“Respublikalarda resursun bloklanması haqqında qərar federal səviyyədə hüquq-mühafizə orqanlarının təqdimatı əsasında qəbul edilib. Qərar 2023-cü il oktyabrın 29-da Mahaçqala hava limanında baş verən iğtişaşlardan sonra verilib. Həmin vaxt Teleqram messencerindən iğtişaşların iştirakçıları istifadə ediblər”.

Nazir vurğulayıb ki, gələcəkdə Teleqram blokdan çıxarıla bilər.(Axar.az)

Избранный
45
3
olke.az

4Источники