Dağıstan və Çeçenistanda Teleqram messencerinin bloklanması məcburi tədbirdir.
Demokratikmusavat.comxəbər verir ki, bu sözləri Dağıstanın rəqəmsal inkişaf naziri Yuri Həmzətov deyib.
O bildirib ki, messencerin bloklanması sınaq deyil - hazırda söhbət informasiya təhlükəsizliyindən gedir:
“Respublikalarda resursun bloklanması haqqında qərar federal səviyyədə hüquq-mühafizə orqanlarının təqdimatı əsasında qəbul edilib. Qərar 2023-cü il oktyabrın 29-da Mahaçqala hava limanında baş verən iğtişaşlardan sonra verilib. Həmin vaxt Teleqram messencerindən iğtişaşların iştirakçıları istifadə ediblər”.
Nazir vurğulayıb ki, gələcəkdə Teleqram blokdan çıxarıla bilər.(Axar.az)