RU

Azərbaycanın üç rayonunda zəlzələ oldu

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Gecə saatlarında Lerik, Yardımlı və İsmayıllı rayonlarında zəlzələ baş verib.
Oxu.Az xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.
Bildirilib ki, İsmayıllı rayonunda saat 04:01-də zəlzələ qeydə alınıb. Pirqulu stansiyasından 15 km şimal-qərbdə qeydə alınan zəlzələ 3,7 maqnitudada olub.
Zəlzələ ocağı Yerin 43 kilometr dərinliyində yerləşib.
Həmçinin saat 07:49-da, Yardımlı stansiyasından 11 km cənub-qərbdə, Lerik rayonunda da zəlzələ qeydə alınıb.
Zəlzələ episentrdə 4, Lerik, Yardımlı və digər rayonlarda 3-4 bala qədər hiss olunub. Yeraltı təkanların ocağı 15 km dərinlikdə yerləşib.
Избранный
14
14
oxu.az

10Источники