Rusiya ordusu Donetsk vilayətində Drujkovka yaşayış məntəqəsinə zərbələr endirib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Donetsk vilayət hərbi administrasiyasının rəhbəri Vadim Filaşkin məlumat yayıb.
Onun sözlərinə görə, yaşayış məntəqəsi martın 8-i axşam saatlarında atəşə tutulub, nəticədə yeddi nəfər yaralanıb:
"İlkin məlumata görə, 7 çoxmərtəbəli binaya ziyan dəyib. Atışmanın yekun nəticələrini müəyyənləşdiririk".
Bundan əlavə, ruslar Zaporojye və Sumu da atəşə tutublar.