Bu gün Misli Premyer Liqasının XXVI turunda daha iki oyun keçiriləcək.
"Unikal" xəbər verir ki, ilk olaraq "Şamaxı" "Sabah"ı qəbul edəcək.
Matç saat 15:00-da start götürəcək. Meydan sahibləri 24 xalla 7-ci, qonaqlar 34 xalla beşinci pillədə qərarlaşıb.
Günün ikinci görüşündə isə "Zirə" "Səbail"i sınağa çəkəcək. Qarşılaşma saat 17:30-da başlayacaq. "Qartallar" 48 xalla ikinci, "dənizçilər" 18 xalla sonuncu - 10-cu sıradadır.