Amerikanın “Colossal Biosciences” şirkəti 2028-ci ilə qədər mamontları diriltməyə hazırlaşır.
Publik.az xəbər verir ki, bu barədə REN TV məlumt yayıb.
Qeyd edilib ki, bu şirkət biotexnoloji və gen mühəndisliyi inkişafı üzrə ixtisaslaşıb.
Mütəxəssislərin planına görə, surroqat ana olacaq hind fili bala mamontu daşımalı və dünyaya gətirməlidir. Eksperimentdə əbədi buzlaqda aşkar edilmiş yunlu mamontun DNT-sindən istifadə edilməsi planlaşdırılır.
Qeyd edilib ki, artıq bir neçə ildir ki, təcrübəyə hazırlıq gedir.