RU

"Etiraf edim ki, sizi aldatmışam" - Luis Enrike

PSJ-nin baş məşqçisi Luis Enrike Çempionlar Liqasının 1/8 final mərhələsinin Parisdə baş tutan ilk oyununda məğlub olduqları (0:1) "Liverpul" ilə cavab qarşılaşması barədə fikirlərini bölüşüb.

Fanat.Az xəbər verir ki, Liqa 1-in 25-ci turunda "Renn" üzərində darmadağına sevinən ispan mütəxəssisin sözlərini "Lequipe" belə çatdırıb:

"Renn"ə qarşı oyundan öncə "Livepul" ilə cavab matçı barədə düşünmədiyimi demişdim. Etiraf edim ki, sizi aldatmışdım.
Əlbəttə, püşk atılandan bəri həmişə "Liverpul" haqda fikirləşmişəm. Bu gün isə bütün oyunçularımızın - start "11-lik"də yer alanların, meydana sonradan çıxanların və hətta oynamayanların da mentalitetini vurğulamalıyam. İndi biz "Renn"ə qarşı yaxşı oyun keçirmişik. Komandan yüksək motivasiya nümayiş etdirdi. "Liverpul" ilə səfər oyunundan öncə çox ümidliyik".

Xatırladaq ki, "Liverpul" - PSJ matçı martın 11-də keçiriləcək.

Nihat

 

Избранный
13
fanat.az

1Источники