Vensin sözlərinə görə, hadisə o, qızı ilə birlikdə gəzinti edərkən baş verib. O, etirazçıların onların arxasınca düşdüyünü və şüarlar səsləndirdiyini yazıb.
“Etirazçılarla danışmağa qərar verdim ki, bir neçə dəqiqəlik söhbət qarşılığında uşağımdan əl çəkmələrini xahiş edim. Demək olar ki, hamısı razılaşdı”, – deyə Vens vurğulayıb.
Hadisədən sonra Vens etirazçıları sərt tənqid edərək bildirib: “Bu, əsasən, hörmətli bir söhbət idi. Amma əgər siz üç yaşlı bir uşağı siyasi etirazın bir hissəsi kimi təqib edirsinizsə, siz çox pis bir insansınız”.