RU

Mingəçevirdə 16 yaşlı yeniyetmə bıçaqlanıb

Mübahisə zəmnində 2009-cu il təvəllüdlü şəhər sakini Pünar Asif oğlu Nəsrullayev bıçaqlanıb.

Mingəçevirdə bıçaqlanma hadisəsi baş verib.

Operativ Media xəbər verir ki, hadisə Energetiklər yaşayış massivi ərazisində qeydə alınıb.

Belə ki, mübahisə zəmnində 2009-cu il təvəllüdlü şəhər sakini Pünar Asif oğlu Nəsrullayev bıçaqlanıb.

Xəstəxanaya çatdırılan yeniyetmənin həyatını xilas etmək mümkün olub.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, yeniyetməyə xəsarət yetirən şəxsin kimliyi müəyyən olunub.

Onun saxlanılması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər görülür.

Избранный
20
1
operativmedia.az

5Источники