RU

Suriya təhlükəsizlik qüvvələri "Hizbullah"ı ölkədə sabitliyi pozmaqda ittiham edib

Suriyada sabitliyin pozulmasına görə məsuliyyət Livanın "Hizbullah" təşkilatının üzərinə düşür.

Trend-in məlumatına görə, bu barədə "Al Arabiya" telekanalına Suriyanın Latakiya vilayətində təhlükəsizlik qüvvələrinin nümayəndəsi Sacid əl-Dik deyib.

""Hizbullah" [Aralıq dənizi] sahillərinin bəzi bölgələrində bəzi partiyalara dəstək verib. "Hizbullah" və xarici ölkələr Suriya sahillərinin bir neçə bölgəsində Əsədi dəstəkləyən bəzi partiyalara və qüvvələrin qalıqlarına dəstək verib", - deyə o bildirib.

O əlavə edib ki, təhlükəsizlik qüvvələri "bölgədə əvvəlki rejim dövründə yüksək vəzifə tutan beş nəfəri saxlayıb". Suriyanın yeni hakimiyyət orqanlarının nümayəndəsinin sözlərinə görə, hazırda vəziyyət 90 faiz nəzarət altındadır.

Milli.Az

Избранный
15
7
milli.az

10Источники