RU

Lerikdə 4 bal gücündə zəlzələ oldu

Lerik rayonunda 4 maqnitudalı zəlzələ qeydə alınıb.

Bu barədə Axar.az-a Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib.

Zəlzələlərin tətqiqatı bürosunun məlumatına əsasən, Yardımlı stansiyasından 11 km cənub-qərbdə, Lerik rayonunda zəlzələ qeydə alınıb. Zəlzələ episentirdə 4, Lerik, Yardımlı və digər rayonlarda 3-4 bala qədər hiss olunub.

Yerli vaxtla 07:49-da qeydə alınmış yeraltı təkanların ocağı 15 km dərinlikdə yerləşib.

Избранный
7
36
axar.az

10Источники