RU

Alimlərdən şad xəbər: Antarktida üzərindəki ozon dəliyi bərpa olunur

Antarktida üzərindəki ozon dəliyi aradan qalxmaqdadır.

Publika.az xəbər verir ki, bunu Massaçusets Texnologiya İnstitutunun alimləri bildiriblər.

Alimlər qeyd ediblər ki, bu, freonların istifadəsinə qoyulan beynəlxalq qadağalar nəticəsində baş verib. Onlar Monreal protokolunun ozon təbəqəsinin qorunmasına müsbət təsirini 95% əminliklə təsdiqləyiblər.

Ozon təbəqəsinin bərpası zərərli ultrabənövşəyi radiasiyadan qorunmanı gücləndirir və dəri xəstəlikləri, eləcə də göz zədələnmələrinin qarşısını alır.

Избранный
16
publika.az

1Источники