RU

Serbiyada mədəniyyət nazirinə hücum edən şəxs saxlanılıb

Serbiya Prezidenti Aleksandar Vuçiç ölkənin mədəniyyət nazirinə hücum edən şəxsin saxlanıldığını açıqlayıb.

“Report” xəbər verir ki, bu barədə “Tanjug” agentliyi məlumat yayıb.

“Biz o alçağı tutduq. <...> Serbiyada zorakılığı sevən hər kəs həbsxanaya gedəcək”, – dövlət başçısı Smederevo şəhərində sakinlərlə görüş zamanı bildirib.

Zərərçəkmiş nazir Nikola Selakoviç hücumçunun ona yumruqla sifətinə zərbə endirdiyini deyib. Hadisə zamanı o, söyüş söyərək siyasi xarakterli ittihamlar səsləndirib.

Qeyd edək ki, ötən gün Prezident Vuçiç etiraz aksiyaları zamanı mədəniyyət nazirinə hücum edildiyini açıqlamışdı.

"Cebheinfo.az" 

Избранный
33
7
cebheinfo.az

10Источники