RU

Rafael Fiziyev eyni rəqibə yenə uduzdu

ABŞ-ninın Las şəhərində “UFC-313” turnirində yüngül çəkidə azərbaycanlı döyüşçü Rafael Fiziyev və Castin Geyci arasında döyüş keçirilib.

Yenisabah.az  xəbər verir ki, 3 raundun sonunda həmyerlimiz R. Fiziev ABŞ təmsilçisi olan rəqibinə uduzub. Geyci hakimlərin qərarı ilə Fiziyevi ümumi hesabda  üstələyib - 29:28.

Geyci əvvəlcə Den Hukerlə döyüşməli idi, lakin onun yeni zellandiyalı rəqibi zədə səbəbindən geri çəkilib və Fiziyev qısa müddətdə döyüşü qəbul edib.

Xatırladaq ki, 2023-cü ilin martında "UFC 286" turnirində də R.Fiziyev C.Qeyciyə məğlub olmuşdu.


Telegram kanalımız
Избранный
25
2
yenisabah.az

4Источники