RU

Rusiyaya qarşı sanksiyaların ləğv edilməsini tələb edirlər

Slovakiyanın hakim koalisiyasının tərkibinə daxil olan Slovakiya Milli Partiyası Rusiyaya qarşı sanksiyaların ləğv edilməsində israr edir.

Azreform.info ” xəbər verir ki, bu barədə TASR informasiya agentliyi məlumat yayıb.

Partiya Slovakiya Milli Şurasına (parlamentə) sanksiyaların uzadılmaması və ləğv olunmasını tələb edən qətnamə təqdim edəcək.

Partiya hesab edir ki, sanksiyalar Slovakiya iqtisadiyyatına ciddi ziyan vurur.

“Sanksiyalar bizdən daha çox şey alır, nəinki müsbət nəticələr verir. Onların fəsadları enerji qiymətlərinin artması, müəssisələrimizin rəqabət qabiliyyətini itirməsi və iqtisadi qeyri-müəyyənliyin dərinləşməsidir. Biz sakit dayanıb başqalarının yerimizə qərar verməsinə və bizi iqtisadi cəhətdən zəiflətməsinə tamaşa edə bilmərik. Slovakiya öz maraqlarını qorumalı, bizə zərər verən qərarları kor-koranə yerinə yetirməməlidir”, – Slovakiya Milli Partiyasının sədri, Milli Şuranın sədr müavini Andrey Danko agentliyə bildirib.

Избранный
46
10
azreform.info

10Источники