RU

Misli Premyer Liqasında bu gün daha iki oyun keçiriləcək

Bu gün Misli Premyer Liqasının XXVI turun növbəti oyunları keçiriləcək.

Yenicag.az xəbər verir ki, əvvəlcə meydana “Şamaxı” və “Sabah” komandaları çıxacaqlar. Görüş 15:00-da başlayacaq. Bölgə təmsilçisi 24 xalla 7-ci, Bakı klubu isə 34 xalla beşinci sıradadır.

Günün ikinci matçında isə “Zirə” “Səbail”i qəbul edəcək. Qarşılamanın start fiti 17:30-da səslənəcək. Meydan sahibləri 48 xalla ikinci, “dənizçilər” 18 xalla sonuncu – 10-cu yerdə qərarlaşıb.

Qeyd edək ki, ötən gün turun açılış oyununda “Qarabağ” “Araz-Naxçıvan”ı 3:1 hesabı ilə məğlub edib.

Избранный
4
2
yenicag.az

3Источники