Misli Premyer Liqasında 26-cı tur davam edir.
Fanat.Az xəbər verir ki, bu gün daha 2 oyun baş tutacaq.
Öncə “Şamaxı” “Sabah”ı qəbul edəcək. Günün digər oyunu “Zirə” ilə “Səbail” arasında keçiriləcək.
Daha əvvəl “Qarabağ” “Araz-Naxçıvan”a 3:1 hesabıyla qalib gəlib. “Sumqayıt” – “Kəpəz” və “Neftçi” – “Turan Tovuz” oyunları sabah keçiriləcək.
Misli Premyer Liqası
26-cı tur
9 mart
“Şamaxı” – “Sabah”
Hakimlər: Cavid Cəlilov, Müslüm Əliyev, Eyyub İbrahimov, Elvin Bayramov.
Şamaxı şəhər stadionu, 15:00.
“Zirə” – “Səbail”
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Rəhman İmami, Kamranbəy Rəhimov.
Zirə İdman Kompleksinin stadionu, 17:30.