Mingəçevirdə yeniyetmə bıçaqlanıb.
Avtosfer.az xəbər verir ki, hadisə Energetiklər yaşayış massivi ərazisində baş verib. Mübahisə və münaqişə zəminində 2009 -cu il təvəllüdlü şəhər sakini Pünar Asif oğlu Nəsrullayev bıçaqlanıb. Xəstəxanaya çatdırılan yaralı yeniyetmənin durumu çevik tibbi müdaxilə nəticəsində stabilləşib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, yeniyetməyə xəsarət yetirən şəxsin kimliyi müəyyən olunub, saxlanılması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər görülür.(unikal)